Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-09 13:18:00
Amerikada oxumaq üçün ŞANS- Qeydiyyat davam edir
Xəbər verdiyimiz kimi, ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın aparıcı universitetlərindən birində magistr dərəcəsi əldə etməyə imkan verən Fulbright Tələbə Proqramına sənəd qəbulu davam edir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzEdu.az-a verilən  məlumata görə, müsabiqədə iştirak etmək üçün iyunun 1-dək müraciət etmək olar.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Seçilmiş sahədə 2 illik ardıcıl iş təcrübəsi;
- Hazırda Azərbaycanda yaşayan Azərbaycan vətəndaşı olmaq;
- Əvvəlki tədqiqatlarda güclü akademik təcrübəsi və təhsil boyu əla qiymətlər;
- Mükəmməl ingilis dili bilikləri.

Qeyd edək ki, müraciət formasıilə bu sayt vasitəsi ilə tanış ola bilərsiniz: https://iie.embark.com/auth/login
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları