Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 09:31:00
Büdcədən dövlət hesabına oxuyacaq tələbələr üçün nə qədər vəsait ayrılacaq?- Təhsil-2020

 

Təhsil xərcləri üçün ayrılan vəsaitin 332,9 milyon manatı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura təhsil pillələri üzrə xərclərə yönləndiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci il dövlət büdcəsinin zərfində bildirilib.

Dövlət büdcəsinin zərfində qeyd edilib ki, ayrılan vəsaitə 2019-cu il mart ayının 1-dən təqaüdlərin məbləğlərinin və təqaüd yerlərinin sayının, habelə tələbə qəbulu yerlərinin sayının artırılması ilə bağlı tələb olunan təhsil xərcləri də daxildir.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları