Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-26 09:06:00
Bu universitetlərə ümumilikdə 45,8 milyon manat vəsait ayrıla bilər – Dövlət büdcəsi

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin  zərfində ümumilikdə təhsil üçün 3 milyarddan çox  (3 155 797 681 manat) vəsait nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.

Qeyd edilib ki, 2020-ci ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası, “ADA” Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, həmçinin İ. M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və onun tərkibində Tədris Simulyasiya Mərkəzinin yaradılmasının maliyyə təminatı üçün 45,8 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2019-cu ildə 7,9 milyon manat və ya 20,8 % çoxdur.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri isə Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları