Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-02 14:00:00
Diplom və tələbə biletini itirən şəxs mütləq bunu etməlidir – Əks halda...  

“Tələbə bileti itəndə istənilən qəzetdə elan verilməyi kifayət edir. Çünki kimsə həmin biletdən hər hansı məqsədlərlə istifadə edə bilər. Qəzetdə elan veriləndə isə bilet sahibi artıq məsuliyyət daşımır və həmin elan dərc olunan gündən qüvvəsini itirmiş sayılır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Adil Vəliyev deyib. Onun sözlərinə görə, hazırda tələbə bileti ilə kreditə bir çox əşya əldə etmək mümkündür:

“Yeni tələbə bileti əldə etmək üçün heç bir ödəniş tələb olunmur. Tələbə yalnız qəzetə elan yerləşdirmək üçün ödəniş etməlidir. Ödəniş qəzetdən asılı olaraq dəyişir. Məbləğ, təxminən, 3 manatdan 10-manata qədər nəzərdə tutulur.

Adətən tələbələr biletləri itəndə onu tapmaq üçün elan vermirlər. Sadəcə qəzetdə elan yerləşdirilir ki, bu da tələbəni məsuliyyətdən azad edir”.

Adil Vəliyev bildirib ki, elan qəzetdə dərc olunandan sonra universitetin tədris hissəsinə göndərilir:

“Əgər gələcəkdə itən biletlə bağlı problem yaranarsa, biletin etibarsız olduğu bu yolla sübut olunur.

Yalnız diplom itəndə “Azərbaycan müəllimi”  qəzetində elan verilir və Daxili işlər Nazirliyinə məlumat verilərək arayış əldə edilir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları