Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 12:13:00
Azərbaycanlı tələbə vəfat edib

Masallı sakini, Türkiyənin Bilkent Universitetinə 65,000 dollar (110 min 500 manat) ekvivalentli təqaüd qazanaraq pulsuz təhsil almaq şansı əldə edən, IV kurs tələbəsi İbrahim Abbasov bu ilin iyul ayının 27-də Türkiyədə ürək tutmasından vəfat edib.

AzEdu.az xəbər verir ki, bu barədə adıçəkilən şəxsin müəllimi şəxsi feysbuk hesabında məlumat yayıb.

İbrahim Abbasovun təhsil aldığı universitetin “Yüksək Şərəf” (High Honor) titullu tələbəsi olduğu qeyd edilir.  

Qeyd edək ki, İbrahim Abbasov “Sabahın Alimləri”yarışmasında qızıl medal qazanıb. Bundan başqa, liseyi qızıl medalla bitirib. Həmin il qəbul imtahanında 665 bal toplayaraq ali məktəbə qəbul olmuşdu.

Allah rəhmət eləsin.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları