Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 10:06:38
Tələbələrin nəzərinə! - Növbəti transfer bu tarixdə keçiriləcək

Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi qış və yay tətili dövründə həyata keçirilir.

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib. 

Yay tətili dövründə keçirilən müsabiqə artıq yekunlaşıb.

Növbəti köçürülmə prosesi qış tətili dövründə, semestrin sonunda həyata keçiriləcək.

Qeyd edək ki, yay tətili dövründə baş tutan köçürülmə prosesi üçün ümumilikdə 1 535 nəfər müraciət edib. Onlardan 1 193 nəfərin müraciəti müsbət cavablandırılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları