Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-03 15:25:00
Lisey və gimnaziyalara qeydiyyat necə aparılır?-Rəsmi

Elektron sistem vasitəsilə orta ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.

Xatırladaq ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.

Bəs Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qeydiyyat necə aparılır?

 AzEdu.az 2019-2020-ci dərs ili üçün  ümumi təhsil məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair ən çox verilən suala cavabı təqdim edir:

Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, “Ərazi üzrə” bölməsini seçib, müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqləndikdən sonra, uşaq həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçərsə, həminliseyə qəbul edilmiş hesab edilir. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “müsabiqə yolu ilə qəbul” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır.

Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmət dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları