“500 baldan 695 bala qədər 2090 nəfər ixtisas seçimində birinci müəllimliyi qeyd edib”
AzEdu.az xəbər verir ki, bunu nazir İctimai Televiziyanın “Pressinq” layihəsində jurnalistlərin suallarına cavab verən zaman söyləyib.
Nazir sualları cavablayarkən qeyd edib ki, 2018-ci ilin qəbul nəticəsinə uyğun olaraq, 500 baldan 695 bala qədər 2090 nəfər ixtisas seçimində birinci müəllimliyi qeyd edib.Azərbaycanın müstəqillik əldə etdikdən sonra belə bir göstərici qeydə alınmayıb.
“Mərkəzləşmiş işə qəbul imtahanında son 3 ildə 300 faizdən çox artım olub. 51 min nəfər elektron qeydiyyatdan keçərək Müəllimlərin işə qəbul imtahanında iştirak edib. Bu addımlar öz müsbət nəticəsini verib. Qeyd edə bilərik ki, ölkənin ən savadlı məktəb məzunları müəllimlik peşəsinə üstünlük verir.
Müsbət müəllim obrazının formalaşması bir sıra amillərdən aslıdı.Burada dövlətin və cəmiyyətin üzərinə düşən funksiyalar var”
Şükufə Süleymanlı.
kitabı