Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 09:47:00
Nəticələr açıqlandı

Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb. Belə ki, hər bir fənn üzrə uğurlu nəticə göstərən 5 şagird birinci, 10 şagird ikinci, 15 şagird isə üçüncü yerə layiq görülüb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, müsabiqələrin mükafatlandırma mərasimi növbəti tədris ilinin əvvəlində keçiriləcək.

Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında təşkil olunub.

Fənn müsabiqələrinin yekun nəticələri əsasında yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması nəzərdə tutulur.

Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib. Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların üzə çıxarılması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü iş aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.