Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Yevlax rayonunun gənc müəllimlərindən olan Nuranə Təyyarlıya həsr olunub. Nuranə Təyyarlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 57 bal toplayıb. Hazırda Yevlax rayonu Aran qəsəbə 2 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir.
Şagirdkən coğrafiya fənnini sevgi ilə mənimsəməyə çalışdığını deyən Nuranə müəllim bildirir ki, elə indi də öyrədə - öyrədə çox şey öyrənir. Nuranə Təyyarlı düşünür ki, əsas məsələ şagirdin məktəbdən nə isə öyrənərək evə qayıtmasıdır.
kitabı