Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-19 16:14:34
Olimpiada qalibləri ən çox bu universitetləri seçiblər -RƏSMİ  

"Keçənilki olimpiada qaliblərindən  üçü  700 bal  topladı.

Olimpiada qaliblərinin üstünlük verdikləri universitetlər isə UNEC, Bakı Dövlət  Universiteti,  Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyasıdır”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edərkən deyib.

Bildirib ki, həyata keçirilən islahatlar şagirdləri olimpiadaya həvəsləndirir. Fənn olimpiadalarına maraq isə ildən-ilə artır:

"2018-2019-cu tədris ilində fənn olimpiadalarına 30 000-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib".

F.Qarayevin sözlərinə görə, olimpiada qaliblərinin üstünlük verdikləri əsas ixtisaslar maliyyə, biznes, mühasibat uçotu və auditdir.

Qeyd edək ki, iyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları