Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-11 09:30:00
1700-dən çox bakalavr ixtisaslaşma seçimi edib

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, iyunun 11-i saat  09:40-a olan məlumata görə, ümumilikdə 1.786 nəfər (Azərbaycan bölməsi üzrə 1604, rus bölməsi üzrə 182 ) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları