Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 11:55:00
73.981 abituriyent ərizəsini təsdiqlədib –Son 4  gün  

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulunun başa çatmasına 4 gün qalıb.

Sənəd qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu dəqiqələrə olan məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün ümumilikdə 73.981 abituriyent öz ərizəsini təsdiq edib.

Ali məktəblərə daxil olmaq üçün ixtisas qrupları üzrə ərizəsini təsdiq edənlərin arasında I qrupun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 22.755, rus bölməsi üzrə isə 2.091 nəfər;

II ixtisas qrupu üzrə  11.597, rus bölməsi üzrə isə 1.281 nəfər;

III ixtisas qrupu üzrə 18.511, rus bölməsi üzrə 1.341 nəfər;

IV ixtisas qrupu üzrə 4.144, rus bölməsi üzrə isə 519 nəfər ərizəsini təsdiqləyib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər.

Qeyd edək ki, tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent" 2 jurnalında tanış ola bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları