Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 11:54:00
I sinfə qəbulla bağlı nəticələr valideynlərin şəxsi kabinetinə bu gün göndəriləcək

I sinfə qəbul üçün elektron qeydiyyat bu il də əhatə dairəsini genişləndirməklə həyata keçirilir.

AzEdu.az xəbər verir ki, övladı məktəbəhazırlıq qruplarında təhsil almış valideynlərin şəxsi kabinetinə nəticələr bu gün saat 10-dan başlayaraq göndərilir.

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qəbulu üçün hər hansı qeydiyyata ehtiyac yoxdur. Onların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Belə şagirdlərin hansı məktəbə qəbul olunmaları ilə bağlı məlumat heç bir qeydiyyat tələb olunmadan bildiriş və ya sms vasitələ valideynlərə bildirilir. Valideyn həmin ərizəni çap edərək sentyabrın 15-dək məktəb rəhbərliyinə təqdim etməlidir.

Valideynlərinin istəyini nəzərə alaraq, məktəbəhazırlıq qruplarında təhsil alanların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Qeyd edək ki, bu gün yalnız məktəbəhazırlıq qruplarında təhsil almış uşaqların nəticələri məlum olacaq. Məkətbəhazırlıq keçməyənlər isə martın 13-dən başlayaraq sistemə daxil olub elektron qeydiyyatdan keçə bilərlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları