Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 12:00:00
Lisey və gimnaziyalardan kənarda qalanların aqibəti, ödənişsiz qeydiyyat - I siniflərə qəbulla bağlı suallar

Gündəmlə bağlı sualları nəzərə alan Təhsil TV “Həftənin sualı” verilişində I sinifə qəbulla bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirib.

AzEdu.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva  bu istiqamətdə bir çox suallara aydınlıq gətirib.

“Lisey və ya gimnaziyalara imtahan verən şagird qəbul oluna bilmədiyi təqdirdə, digər ümumi orta təhsil müəssisələrində oxuya biləcəkmi?” sualına isə İlhamə xanım belə cavab verib:

“Bakı şəhərində yerləşən yalnız 3 lisey -  Avropa liseyi, Bülbül adına orta ixtisas məktəbi və İncəsənət gimnaziyasına qəbul müsabiqə yolu ilədir. Çünki onlarda təhsil xüsusi tədris proqramı ilə həyata keçirilir. Digər liseylərə qəbul isə ötən ilkindən heç nə ilə fərqlənmir.

Valideyn yalnız 1 lisey seçə bilər. Lisey və gimnaziyalara qəbul oluna bilməyən şagirdlər isə yaşadıqları ərazi üzrə seçdikləri məktəbə qəbul olunacaqlar. Burada heç bir məktəblinin təhsildən kənarda qalmasından söhbət gedə bilməz”.

Proqramda o da qeyd olunub ki,  I siniflərə elektron sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Bu sistemdən istifadə ödənişsizdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları