Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 11:45:00
Bu bölgələrdə I sinfə qəbul elektron formada həyata keçiriləcək -RƏSMİ

 Şagirdlərin I sinfə qəbulu üçün elektron qeydiyyat 13 mart tarixində başlanacaq.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün isə martın 11-dən avtomatik elektron sorğu yaradılması təmin ediləcək.

AzEdu.az xəbər verir ki, gündəmlə bağlı sualları nəzərə alan Təhsil TV “Həftənin sualı” verilişində I sinifə qəbulla bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirib.

Proqram zamanı izləyicilərin suallarını cavablayan Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib ki, artıq 5-ci ildir, şagirdlərin I sinfə qəbulu elektron sistemdə qeydiyyatla həyata keçirilir. Bu qeydiyyat üçün heç bir ödəniş tələb olunmur. Bu il I sinfə qəbul Bakı, Sumqayıt, Abşeron, Mingəçevir, Şirvan, Naftyalan şəhərləri ilə yanaşı,  Yevlax, Samux rayonlarındakı bütün ümumtəhsil müəssisələrində elektron formada həyata keçiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları