Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 11:15:00
I sinfə qəbul bu tarixdən başlanacaq - Son bir neçə gün

Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir.

AzEdu.az  xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki,  Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəblərə qəbulu elektron qaydada aparılacaq.

BŞTİ rəsmisinin sözlərinə görə, martın 13-də səhər saat 10-da sənəd qəbulu başlayır.

"Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 11-də sistem açıq olacaq"

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları