Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-03 13:34:00
Valideynin müəllimə kömək etməli olduğu 5 məqam

Məşhur amerikalı müəllim Adam Hatch Tayvanın Taiperi şəhərində uşaqlara ingilis dilində araşdırma edib məqalə yazmağı öyrədən bir məktəb qurub. Məqalələr Tayvanda uşaqlar tərəfindən hazırlanan və ilk ingilis dilində qəzet olan Taipei Teen Tribune-də tirajlanıb. Məqalələrin birində Adam Hatch  valideynlərin müəllimlərə kömək etməli olduğu məqamları xatırladır. AzEdu.az xarici mediaya istinadən həmin məqaləni təqdim edir:

"Təhsilə ayırılan büdcənin azaldığı və dövlət məktəblərinin, müəllimlərin “şeytan” kimi göstərildiyi dövrdə şagirdlərin uğur qazanmasında ən böyük pay müəllimlərlə ölçülür. Ancaq biz müəllimlər sizlərlə birgə fəaliyyətdə daha çox işlər görə bilərik.

Şagirdlərin əsl müəllimi sizsiniz. Təhsil, öyrənmək və məktəb ilə bağlı siz nə düşünürsünüzsə, uşaqlarınız da elə düşünəcəkdir.  Onların sinifdəki davranışı  sizin evdə göstərdiyiniz liderliklə bağlıdır. Bir sözlə, köməyinizə ehtiyacımız var. Bu beş vacib addımla başlayaq:

Övladlarınıza bəhanə gətirməyin

Hər kəs səhv edir, xüsusilə də uşaqlar. Təhsil səhv etmək və bunun nəticələri ilə qarşılaşmaq prinsipinə əsaslanır. Bu, öyrənməyin təməlidir. Yəni, uşağınız dərsə gecikdiyində, tapşırıqlarını tamamlaya bilmədiyində ya da sinifdə əsəbi davranışlar göstərdiyində onun arxasında durmayın. Bundan dərs çxarmasına icazə verin.

Hətta, bir addım daha irəliyə gedin və onu öz davranışları ilə bağlı məsuliyyət hiss etməyə şağırın. Biz uşağınıza oxumağı, riyaziyyatı öyrədə bilərik, amma ona insani dəyərlər və məsuliyyət mövzusunda dərs verəcək şəxs sizsiniz. Başı dərddə olanda dərhal müdaxilə etməyin, icazə verin uşağınız bundan dərs çıxarsın. 

Etməli olduğu işi bitirdiyindən əmin olun

Uşaqlar hər axşam nə yeyəcəkləri ilə bağlı söz sahibi olsaydılar böyük ehtimalla dondurma yeməyi seçərdilər. Eyni şey ev tapşırığı üçün də keçərlidir : bu, onlar üçün sıxıcı, vaxt aparan işdir və çox şagird tapşırıqlarını etməklə televizor ya da video oyunlar arasında qalır. Bəs uşaqlarınızın vacib olan işi görməsini necə təmin edə bilərsiniz?

Bu sualın cavabı yaxşı valideynlikdir. Uşaqların bütün gün düzgün qidalanmasını təmin etmək valideynlərin işidirsə, tapşırığa nəzarət də onların işidir. Şagird məsuliyyəti hiss etməyi öyrənməlidir. Valideynlərinin də işin içində olduğunu bilmək onun məsuliyyətini artıracaq.

Diqqətdağıdıcı ünsürləri aradan qaldırın

Video oyunlar, bütün müəllimlərin düşmənidir. Televizorlar, mobil telefon  sosiallaşma, açıq havada gəzmək və kitab oxumaq kimi inkişafa xidmət edən fəaliyyətlərin qarşısını alır. Bunları uşağınızdan uzalaşdırmaqda müəllimlərə kömək edin.

Şagirdlər qətiyyən mobil telefonun adını belə bilməməlidirlər demirəm, amma şox istifadə olunsa, onun zehni fəaliyyətinə ziyan verə bilər. Televizora gündə bir saat, ətta daha az baxmasına icazə verin. amma bu qadağaları ona sərt formada deyil, sevərək, izah edərək tətbiq edin.

Evdə ona  nümunə olun

Uşaqlar ən çox valideynlərindən dərs alırlar. Yəni, siz nə edirsinizsə uşağınız da onu edir. Əgər heç vaxt kitab oxumasanız, tapşırıqları ilə heç maraqlanmasanız və hər yemək vaxtında televizor izləsəniz, uşağınız da eyni cür davranacaq. Bunun əksi də keçərlidir: yatmazdan əvvəl bir az kitab oxuyub, məktəbdə baş verənlər haqqında söhbət edib, axşam televizoru söndürsəniz, uşağınız da bu vərdişlərə yiyələnəcək.

Müəllimlərə qarşı deyil, onlar ilə birgə hərəkət edin

Sonda isə yanımızda durun. Bu işi milyoner olmaq üçün deyil, uşaqları və cəmiyyəti önəmsədiyimiz üçün görürük. Uşaqlarınızın uğur qazanmasında biz mane deyilik, onları həm intellektual, həm də emosional baxımdan dəstəkləmək bizim ilk vəzifəmizdir.

Uşağınıza zəif qiymət yazdığımıza görə, bizi günahlandırmayın. Bunun məqsədi uşağınızın bəzi dəyişikliklər etməsüzərində işləməsinin lvacibliyi ilə bağlı sizi məlumatlandırmaqdır.

Nəticə olaraq biz də sizin yanınızdayıq, çünki hamımız şagirdlərin yanındayıq.Övladının təhsili ilə maraqlanmayn, bizim üçün “çətin” valideyn olmaq yerinə bizlərə kömək etsəniz, uşağınız daha yaxşı böyüyəcək. Gəlin bir-birimizin yanında olaq və o  uşaqlar üçün əlimizdən gələnin ən yaxşısını edək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları