Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 13:47:53
Bu ərazilərdə məktəb binası tikilə bilməz – Vacib qaydalar  

Ölkədəki orta ümumtəhsil müəssisələri zahiri görünüşcə  bir-birilərinə çox bənzəyirlər. Buda təbii ki, müəyyən standartlarla əlaqədardır.

Orta məktəblərin yerləşdiyi ərazi, strukturla bağlı standartlar “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”ndə əks olunub.

Nizamnaməyə görə, məktəblərin ünvanı müəyyənləşdirilərkən yaşayış məskənləri, istehsalat, tibb müəssisələri və digər xidməti obyektlərə qədər olan məsafə də nəzərə alınmalıdır.

Məktəbin torpaq sahəsionun şagird tutumundan asılı olaraq müəyyənləşdirilir.

Sökülmüş məktəb binasının yerindəyeni məktəb tikildikdə, torpaq sahəsinin ölçüləri eyni saxlanıla bilər.

Tikililərin çox olduğu yaşayış məntəqələri və mürəkkəb relyefli ərazidə məktəb sahələrinin kiçildilməsinə Gigiyena və Epidemiologiya Mərkəzinin və Təhsil Nazirliyinin rəyi olduqda yol verilir.

Amma istənilən halda ayrılmış ərazinin ən azı 40 %-i yaşıllıq sahə üçün nəzərdə tutulur.

Məktəbin torpaq sahəsi tədris-təcrübə, bədən tərbiyəsi və idman, istirahət və təsərrüfat zonalarına ayrılır. Tədris-təcrübə zonası ümumi sahənin 25 %-dən artıq olmayan ərazisini əhatə edir. Məktəbdə Biologiya, Kimya və Fizika laboratoriyaları olduqda  tədris-təcrübə zonasının sahəsi azaldıla bilər.

İdman meydançası binadan ən azı 25 m məsafədə yaşıllıq zolağının arxasında yerləşməlidir. Bağ və yaşıllıqların əhatəsində istirahət zonası olmalıdır. Bu, oyun vəistirahət üçün nəzərdə tutulub. Təsərrüfat zonasına küçədən sərbəst giriş olmalıdır.

Məktəb ərazisi perimetri boyu hasarlanmalıdır. Mikrorayondakı torpaq sahələri hündürlüyü 1,2 m-dən az olmayan yaşıllıq, küçə və keçidlərlə bitişik torpaq sahələri isə hündürlüyü 1,5 m-dən az olmayan metal məftil hasarla örtülməlidir.Metal tor hasar isə rütubətə davamlı örtüyə malik olmalıdır.

Məktəb binalarının hündürlüyü əsasən 3 mərtəbədən artıq olmur. Amma şəhərdə binaların sıx olduğu zonalarda dördmərtəbəli məktəb binası tikilə bilər.

Tədris aparılan siniflər səs-küylü və pis qoxulu yerlərdən uzaq yerləşdirilməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları