Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-28 11:45:00
Təmayül siniflərində oxuyan şagirdlərin narahatlığı – Attestat problemi yaranacaqmı?

Təmayül sinfində təhsil alan şagirdlərə yuxarı siniflərdə sırf seçdikləri istiqamətə aid fənlər tədris edilir. Bu şagirdlərin ən çox verdiyi sual da elə təmayül sinifləri ilə bağlıdır.

Yuxarı siniflərdə keçilməyən fənlər attestatda hər hansı problem yaradırmı? Və ya seçdiyi təmayüldən tam fərqli təmayüllü fənn blokuna imtahan verən biri qəbul imtahanlarında hansısa məhdudiyyətlə qarşılaşa bilərmi?

AzEdu.az  bildirir ki, bu, təmayül sinfində oxuyan şagirdlərin attestatında qeyd olunur. Belə şagirdlərə təmayüldə olmayan fənlər IX sinfə qədər keçildiyinə görə, attestatda heç bir problem yaratmır. Əksinə, təmayül siniflər şagirdlərin seçdikləri istiqaməti daha dərindən mənimsəməsinə şərait yaradır.

Oxuduğu təmayüldən tam fərqli təmayüllü fənn blokuna imtahan verən şagirdin müəyyən çətinliklərlə üzləşməsi isə təbiidir. Məsələn, texniki təmayül sinfində oxuyan şagird təbiət fənləri təmayülü IV fənn blokuna imtahan verirsə, ona məktəbdə texniki fənlər tədris olunacaq. Şagird isə təbiət fənlərinin proqramını repetitorların köməyi ilə mənimsəməli olacaq. Bu baxımdan təmayül sinfi şagirdinin orta məktəb vaxtı məhz qəbul imtahanı verəcəyi təmayülü seçməsində fayda var.

Dövlət İmtahan Mərkəzindən isə AzEdu.az-a bildirilib ki, hansı ixtisas qrupu üzrə imtahan vermək abituriyentin öz seçimidir, yəni sərbəstdir. Şagirdin orta məktəbi məhz qəbul imtahanı verəcəyi fənn blokundakı təmayül üzrə oxuması isə ona əlavə bal qazandırmır.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları