Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 14:13:00
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran şəhəri 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Həyat Fərzullayevaya həsr olunub.

“Şagirdlərim mənim dünyamdır” - deyən Həyat Fərzullayeva müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 58 bal toplayıb.