Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-15 12:23:00
Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun (GF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimai təşkilatlarının təşkilati dəstəyi ilə Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumuna start verilir.

AzEdu.az xəbər verir ki, tələbə-gənclərin “Gələ-çəyin Qurucuları” adlı I Forumu Qələndərov Sahil Səfər oğlunun XI qrant mtisa-biqəsindən qazandığı layihədir.

Özünü inkişaf etdirmək, müxtəlif regionlarda təhsil alan tələbələrlə dostluq əlaqəsi qurmaq istəyən hər bir ADPU tələbəsi üçün əla fürsət.

Forumun birinci hissəsi ADPJJ-un Quba (18 dekabr 2018-ci il), Cəlilabad (20 dekabr 2018ci il) və Ağcabədi (fevral 2019-cu il) filiallarında, yekunu isə Bakı şəhərində, ADPU-un əsas binasında həyata keçiriləcək (fevral 2019-cu il).

Forumda, “Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr”. “Sosial aktivliyin gənclərin formalaşmasında rolu” bölmələri üzrə müzakirələr aparılacaq.

Layihənin məqsədi və vəzifəsi:Region gəncləri ilə paytaxt gəncləri arasında əlaqə yaratmaq və daimi ideya mübadiləsini təmin edəcək ” fikir körpüsü” qurmaq, həmçinin, müasir dövrün tələblərini tələbə-gənclərin diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətləri üçün lazımi bilik və bacarıqlara yiyələnmələri üçün düzgün istiqamət göstərməkdir.

Qeydiyyat üçün son tarix 17.12.2018QR kod oxuyucu vasitəsilə  layihənin poster fotosundakı keçidə daxil olub forum üçün qeydiyyatdan keçə bilərsən Həştəqlər #AzGF #GənclərFondu #ADPU #ADPUTGT #Gələcəyin Qurucuları.

Bu nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə hazırlanmışdır. Fond nəşrin məzmununa görə məsuliyyət daşımır.