Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 14:20:00
“15 min dönərxanadan  yalnız 100-ü etibarlıdır” - Bu yerlər tələbələrə təhlükə satır  

“Tələbələrə çox təhlükəli dönərlər təklif olunur. Bu da insanların sağlamlığında öz mənfi izlərini qoyur. Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələni həll etmək istəmir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, ölkədə 2006-cı ildən toyuq dönərləri qadağan olunub:

“95 % müəssisədə toyuq ətindən hazırlanan dönərlər satılır. Toyuq dönərinin qadağan olunmasının səbəbi quş qripi virusunun yayılması idi. Toyuq dönərlərini qanunla mənfi 40 dərəcədə dondurub bütün bakteriyaları öldürən 2 müəssisəsi var ki, onlar standartlara uyğun dönər hazırlayırlar. Dönərlər şişə taxılıb, dondurularaq dönərxalara verilir. Bakıda olan 15 min dönərxanadan 100-ü belə buradan məhsul almır. Yəni, əhaliyə çox təhlükəli dönərlər təklif olunur. Bu da insanların sağlamlığında öz mənfi izlərini qoyur. Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələni həll etmək istəmir”.

Eyyub Hüseynov qeyd edib ki, tələbələr cəld yeməklərin hamısından uzaq durmalıdırlar:

“Tələbələr həftədə iki-üç dəfədən artıq dönər yeməsə, daha yaxşı olar. Çalışsınlar, dönərin içindəki ətin dadını itirən qatqılar  - məsələn, ketçup, mayonez - az olsun. Həmçinin,  tələbələr dönər alarkən, sertifikatın olub-olmadığını soruşsunlar. “MC Donalds”, “KFC” əhaliyə təhlükəli qidalar satır”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları