Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 17:50:00
Fransada təhsil haqları 10 dəfə bahalaşacaq

Avropa İttifaqı vətəndaşı olmayan və  Fransa universitetlərində təhsil alan tələbələr  avropalılarla  müqayisədə 10 dəfə artıq təhsil haqqı ödəməli olacaqlar.

AzEdu.az xəbər verir ki, Fransanın baş naziri Eduar Filippin sözlərinə görə,   indi bakalavr  təhsili illik  2700,  magistraturada və aspiranturada isə 3700 avroya başa gələcək. “Avropa ittifaqından gələn zəngin əcnəbi tələbələr  aztəminatlı fransızlar qədər təhsil haqqı ödəyir, bu isə düzgün deyil”, -deyə  Eduar Filipp bildirib. O, həmçinin xarici tələbələrin cəlb edilməsi strategiyasını təqdim edib. Bu strategiya   təqaüdlərin sayının artırılmasını və əcnəbi  tələbələr üçün bürokratik prosedurların sadələşdirilməsini nəzərdə tutur. 

Eduar Filipp qeyd edib ki, istənilən halda Fransada təhsil haqları  Avropanın bir çox ölkələrindən aşağı olacaq.  “Bir il ərzində Niderlandda tələbələr 8-13 min avro arası, Böyük Britaniyada isə on minlərlə funt- sterlinq ödəyirlər”, - deyə baş nazir əlavə edib.  

Dəyişikliklər həmçinin rusiyalı tələbələrə də təsir edəcək.   İndi Rusiyadan olan tələbələr bakalavriat təhsilinin bir ili ərzində 170, magistr proqramlarının bir ili üçün 243,  aspirantura təhsili üçün illik 380 avro ödəyirlər. Yeni ildən isə rusiyalılar üçün  də təhsil haqları dəyişir. 

Fransanın baş naziri hesab edir ki, təhsil haqlarının artmasına baxmayaraq,  bu tədbir Avropa İttifaqı vətəndaşı olmayan daha çox əcnəbi tələbənin Fransa  universitetlərinə cəlb edilməsinə imkan verəcək.    Hazırda  Fransada başqa ölkələrdən 320 min tələbə oxuyur. Hökumətin planına uyğun olaraq onların sayı 2027-ci ildə  500 minə qədər artmalıdır.(Azərbaycan müəllimi qəzeti)