Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 12:54:00
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Dekabrın 13-14-də AMEA-da görkəmli neftçi-alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri”mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AzEdu.az xəbər verir ki, AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Çin, ABŞ, İsveç, İran və digər ölkələrin  tanınmış alimləri iştirak edəcəklər.

Qeyd edək ki, görkəmli alimin 90 illik yubileyi münasibətilə ADNSU-da akademik Azad Mirzəcanzadənin muzey otağının açılışı da nəzərdə tutulub.