Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 13:46:00
Universitetə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxs cəzalandırıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, A. Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına əsasən, A.Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə ondan külli miqdarda pul alıb.

Bundan başqa, A. Əliyev universitetə tələbə qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha beş nəfərə qarşı dələduzluq edib.