Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 09:30:00
BDU-nun kafedra müdiri təltif olundu

BDU-nun Türkologiya kafedrasının müdiri Ramiz Asker “Vilhelm Tomsen” medalı ilə təltif olunub.

AzEdu.az xəbər verir ki, Qazaxıstanın Türküstan şəhərində yerləşən Türk Akademiyasının təşkilatçılığı ilə Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində “Türk dünyasında sakral məkanlar və böyük şəxsiyyətlər” mövzusunda elmi simpozium keçirilib.

Beynəlxalq simpoziuma dünyanın müxtəlif ölkələrindən görkəmli dilçi alimlər və türkoloqlar qatılıb. Bu mötəbər tədbirdə ölkəmizi təmsil edən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər türkologiya sahəsində xidmətlərinə görə Türk Akademiyasının təsis etdiyi “Vilhelm Tomsen” adına medalla təltif olunub. Həmçinin professor R.Əskər simpoziumda məruzə ilə çıxış edib, universitetin Türkoloji Araşdırmalar İnstitutunda Azərbaycanda türkologiyanın inkişaf tarixi və müasir vəziyyəti haqqında mühazirə oxuyub.