Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 11:41:24
“Bu məktəblər dövlət büdcəsindən maliyyələşməməlidir” - Vurğun Əyyub

Son aylar media və ictimai müstəvidə rusdilli məktəblərin tədrisin Azərbaycan dilində aparıldığı məktəblərlə müqayisədə daha keyfiyətli təhsil verməsi ilə bağlı fikirlər səslənir.

Doğrudanmı rusdilli məktəblərdə təhsilin keyfiyyəti daha yüksəkdir? Həqiqətənmi insanların rusdilli məktəblərə axın etməsinin arxasında məhz bu amil dayanır?

AzEdu.az xəbər verir ki, bunu  Moderator.az-a açıqlama verən Xəzər Universitetini Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri dosent Vurğun Əyyub  bu qənaəti bölüşmədiyini vurğuladı:

“Bu, araşdırma mövzusu tələb edən bir məsələdir. Ciddi bir araşdırma olmadan bu barədə nə isə demək doğru olmaz. Lakin hesab edirəm ki, indiki məqamda bizi rus və ya Azərbaycan sektorundakı təhsilin səviyyəsi düşündürməməlidir. Bizi düşündürməlidir ki, bu ölkədə dövlət büdcəsindən maliyyələşən rusdilli məktəb olmalıdır, yoxsa yox. Bura Azərbaycandır. Azərbaycan dövlətində rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşə bilməz. Bu, görünməmiş bir şeydir. Əgər rus sektorunda təhsil almaq istəyənlər varsa, bunun üçün özəl məktələr açıla bilər və s. Yalnız bundan sonra təhsilin səviyyəsinin harada yüksək olmasından danışmaq olar.

Mən inamıram ki, Azərbaycan və rusdilli məktəblər arasında bu məsələdə böyük bir fərq olsun. Ancaq hər halda bu bir araşdırma mövzusudur. Biz məsələlərə elmi yanaşmağı öyrənməliyik. Subyektiv mülahizələrə görə hökm vermək doğru olmaz”.