Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-18 17:00:00
Alimlərimizin  beynəlxalq  elmi  bazada  bu  qədər  məqalələri  yayımlanıb - 42 ilin  infoqrafikası

AMEA əməkdaşlarının Web of Science (WoS) bazasına 1975-2017-ci illərdə  ümumilikdə 10,5 min elmi əsəri daxil olub.

AzEdu.az xəbər verir ki,  bu dövr ərzində  AMEA-dan WoS bazasına daxil olan elmi əsərlərin sayının ən yüksək göstəricisi 664 olmaqla 2017-ci ildə və ən aşağı göstəricisi 95 olmaqla 2001-ci ildə qeydə alınıb.

  AMEA-dan bu bazaya daxil olan elmi əsərlərin 22%-i son beş ildə (2013-2017) nəşr olunub.

Son 5 ildə WoS bazasına AMEA-dan daxil olan hər bir elmi əsərə görə orta istinad sayı 6, ümumi istinadların sayı isə 12,3 mindən çox olub. İstinadların 10,1 mini digər təşkilatlarda işləyən alimlər tərəfindən edilib.