XƏBƏRLƏR

09.11.2018 11:11
İngilis dili üzrə buraxılış imtahanının yeni proqramı – Şagirdlərinə nəzərinə

2008/2009-cu tədris ilindən Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilir.Bu proqramlar əsasında hazırlanan dərsliklərdən istifadə olunur. 2019-cu ildə XI sinfi bitirənlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını yeni təhsil proqramı və yeni dərsliklərə uyğun hazırlanan proqramlar əsasında verəcəklər.

Proqram V-XI siniflərin tədris materialları əsasında hazırlanıb.

İmtahanda yeni fənn kurikulumunun Xarici dil fənni üçün müəyyən etdiyi 3 (“Dinləyib-anlama”, “Oxu”, “Yazı”) məzmun xəttinə aid  bilik və bacarıqlar yoxlanılacaq.

AzEdu.az  “Abituriyent” jurnalının xüsusi buraxılışına istinadən, İngilis dili fənni üzrə buraxılış imtahanının proqramını təqdim edir:

Fonetika

İngilis dilinin hərf və səs tərkibi, səs-hərf münasibəti, sözlərdə səs tərkibi ilə hərf tərkibinin bir-birinə uyğun gəlməməsi halları. Hərf və hərf birləşmələrinin oxunuş qaydaları. Uzun və qısa sait səslər, monoftonqlar və diftonqlar, kar və cingiltili  samit səslər, açıq və qapalı heca, vurğu.

Leksika

Sözün leksik və qrammatik mənaları, sözlərin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb sözlər. Təkmənalı, çoxmənalı sözlər, sinonimlər, antonimlər,frazeoloji birləşmələr,atalar sözləri,nitq etiketləri.

Sözdüzəltmə. isim düzəldən suffikslər:-er, -ment, -tion (sion), -ness, -ity, -ing, -th, -dom, -ship və prefisklər: im-,in-,ir-, dis-,un- və s.

Sifət düzəldən suffikslər: -less, -ful, -able, -y, -ly(a weekly newspaper), -ous, -ish və prefikslər: pre-, un- və s.

Zərf düzəldən suffikslər: - ly, ward və s.

Qrammatika.Morfologiya

İsim (The Noun)

İsmin əsas qrammatik əlamətləri, xüsusi və ümumi isimlər, ümumi isimlərin təsnifatı, konkret və mücərrəd isimlər, maddi isimlər, sayılan və sayılmayan isimlər.İsmin halları: adlıq hal və yiyəlik hal.Canlı varlıqları bildirən isimlərin yiyəlik halının düzəldilməsi.Canlı və cansız  varlıqları bildirən isimlərin yiyəlik halının  of  sözönüsü ilə ifadə edilməsi. Tək və cəm isimlər, yalnız cəmdə işlənən isimlər(sayılmayan), cəm forması xüsusi qayda ilə düzələn isimlər (a man-men, a child-children, a mouse-mice və s.) Tək və cəm forması eyni olan isimlər.

Artikl (The Article)

Qeyri –müəyyənlik (a, an) və müəyyənlik (the) artiklları. Artiklların işlədilmə və işlədilməmə qaydaları.

Sifət (The Adjective)

Sifətin adi (Positive degree), müqayisə və üstünlük  dərəclərinin düzəldilməsi və işlədilməsi. Müqayisə və üstünlük dərəcələri kökündən dəyişməklə düzələn sifətlər: bad-worse- the worst

Sifətin bağlayıcı feillərlə işlədilməsi,than, (not) as...as, not so...as bağlayıcıları ilə düzələn konstruksiyalar, isimləşmiş sifətlər.

Say (The Numeral)

Miqdar və sıra sayları.Sıra saylarının düzəldilməsi. Many, much, little, few, a little, a few, a lot of və s. sözlərinin işlənməsi.

Əvəzlik (The pronuon)

Əvəzliklərin növləri.Şəxs əvəzlikləri, şəxs əvəzliklərinin halları: adlıq halı və obyektiv hal.

Yiyəlik əvəzlikləri:asılı (isimlə işlənən) və müstəqil (isimsiz işlənən) formaları.

Some, any, no, every əvəzlikləri və onların törəmələri, one əvəzləyici sözünün işlədilməsi, təyini əvəzliklər, qayıdış əvəzlikləri,qarşılıq əvəzlikləri,işarə əvəzlikləri,sual, nisbi və bağlayıcı əvəzliklər, inkar əvəzlikləri.

Zərf

Zərfin müqayisə və üstünlük dərəcələrinin düzəldilməsi vəişlədilməsi. Sual, bağlayıcı və nisbi zərflər.Yer, zaman, ölçü,dərəcə zərfləri.

Feil (The verb)

To be, to have və to do feilləri, to be feilinin  bağlayıcı feil kimi işlənməsi.

Modal feillər( The modal Verb) və onların ekvivalentləri:can, may, must, to have to, to be able to, should.

To be going to ifadəsi, tərkibi feillər.

İndiki sadə zaman formasının düzəldilməsi və işlədilməsi, keçmiş sadə zaman formasının düzəldilməsi və işlədilməsi, gələcək sadə zaman formasının düzəldilməsi və işlədilmısi.

Keçmişə nəzərən gələcək sadə zaman formasının  düzəldilməsi və işlədilməsi.

İndiki davamedici, keçmiş davamedici və gələcək davamedici zaman formalarının düzəldilməsi və işlədilməsi.

İndiki bitmiş, keçmiş bitmiş və gələcək bitmiş, indiki bitmiş davamedici,keçmiş bitmiş davamedici,gələcək bitmiş davamedici zaman formalarının düzəldilməsi və işlədilməsi.

Zamanların uzlaşması,feilin məchul növü.The present simple, the past simple, the future simple, the present perfect və the past perfect, the present continuous və the past  continuous zaman formalarının məchul növdə işlədilməsi.

Feilin əmr şəklinin  düzəldilməsi və işlədilməsi.Real və qeyri-real şərt budaq  cümlələri, feilin şəxsiz (təsriflənməyən) formaları: məsdər, feili sifət, feilin icbar növü, Cerund, feili isim-onların düzəldilməsi və işlədilməsi.

Sözönü (The Preposition)

Məkan (in, on, under vəs.), istiqamət (to,into,out of vəs.), zaman (on,at,in və s.), mücərrəd  əlaqə bildirən sözönüləri.

Bağlayıcı (The Conjunction)

Tabesiz və tabeli bağlayıcılar (because, as. If,  so, and, both... and, neither... nor, either... or və s.)

Sintaksis (Syntax)

Sadə cümlə, nəqli cümlə,sual cümləsi(ümumi, xüsusi və seçmə suallar), əmr, nida cümləsi. Cümlə üzvləri, baş və ikinci dərəcəli üzvlər, xəbərin mübtəda ilə uzlaşması.There formal sözü ilə başlanan cümlələr. Mürəkkəb tamamlıq, sadə  cümlədə söz sırası, şəxsiz cümlələr, mürəkkəb cümlə, tabesiz və tabeli mürəkkəb cümlələr, vasitəsiz və vasitəli nitq, vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi, vasitəli suallar, vasitəli nitqdə əmr cümlələri.