Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 22:52:00
Macarıstanda təhsil barədə təqdimat

Macarıstanda təqaüdlə və ya öz hesabına ödənişli təhsil almaq istəyənlər üçün təqdimat təşkil olunacaq. AzEdu.az xəbər verir ki, bu təqdimat Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Study in Hungary”-nin təşkilatçılığı ilə 4 noyabr 2018-ci ildə saat 10:00-da və təkrarən 14:00-da, baş tutacaq.

 

Tədbirin keçirilməsində əsas məqsəd təqaüdlə və ya öz hesabına ödənişli oxumaq barədə tələbələrə, o cümlədən valideynlərə məlumat verməkdir. Təqdimat zamanı tələbələrin təqaüdə müraciət zamanı necə uğur qazanmaq barədə sualları cavablandırılacaq. Bu təqdimatda Macarıstanda təhsil almaq istəyən bütün namizədlər iştirak edə bilər.

 

 

Təqdimatda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçmək üçün bu keçiddə - www.tiny.cc/_04_noyabr olan onlayn qeydiyyat forması doldurmaq və təşkilatçılardan təsdiq e-maili gözləmək lazımdır. Qeyd edək ki, yalnız bu qeydiyyat formasını düzgün olaraq dolduran tələbələrlə əlaqə saxlanılacaq və dəvət olunacaqlar.