Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 17:20:00
“UNESCO-nun Qızıl Ordeni” azərbaycanlı rəssam-professora təqdim olunacaq-TARİX

Sentyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “UNESCO QIZIL ORDENİ”nin təqdimat mərasimi keçiriləcək.

AzEdu.az xəbər verir ki, mərasimdə Xalq rəssamı, Dünya Rəsssamlıq Akademiyasının akademiki, professor, universitetin Rəssamlıq fakültəsinin Dizayn və Dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əzizova verilən “UNESCO QIZIL ORDENİ”nin təqdimat mərasimi keçiriləcək.

Tədbirlə əlaqədar “Yeni era” Dünya Rəssamlıq Akademiyasının prezidenti, akademik, UNESCO-nun “Asiya-Avropa” proqramının eksperti, Rusiyanın Xalq rəssamı Anatoliy Silov universitetin qonağı olacaq.