Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 14:27:00
Türkiyədə tibb təhsili almaq istəyənlərin nəzərinə!- Çalışın, bircə fəndən də kəsilməyin, çünki…

Hətta təhsilinin ən yüksək inkişaf dövrünü yaşayan dünya ölkələrində də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə isə Türkiyədə tibb üzrə (stomotologiya) təhsil almaq istəyənlər üçün şərtləri təqdim edirik:

Türkiyədə diş həkimliyi ixtisasına qəbul olmaq bir çox valideyn və şagirdin arzusudur. Bu məqalədə siz - Türkiyədə diş həkimliyi ixtisasını tədris edən universitetlər, onların qəbul şərtləri, illik təhsil haqları və s. barədə ətraflı məlumat əldə edəcəksiniz.

Məqalə CELT Colleges xaricdə təhsil şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb:

Türkiyədə diş həkimliyi ixtisası 5 il davam edir. Tələbənin təhsil aldığı müddət ərzində oxuduğu universitetin müqaviləsi olduğu xəstəxanalarda dərsdən sonra təcrübə keçməsi vacib məsələlərdən biridir. Təcrübə imkanının çox olması tələbənin diş həkimliyini nəzəri cəhətdən əlavə, həm də praktiki mənimsəməsinə gətirib çıxarır. Türkiyədə diş həkimliyini oxuduqdan sonra siz istər magistratura, istərsə də rezidentura təhsili almağa şans qazanırsınız. Bu zaman diş həkimliyinin nisbətən dar ixtisası üzrə ixtisaslaşmış olursunuz. Məsələn, ağız və çənə cərrahiyyəsi kimi sahələr üzrə təhsilinizin üst pilləsini davam etdirə bilərsiniz.

Türkiyədə diş həkimliyi təhsilini digər ölkələrdən fərqləndirən əsas cəhət isə sizə birinci kursdan başlayaraq ancaq ixtisasyönümlü fənlər tədris olunmasıdır. Misal üçün, politologiya, mülki müdafiə kimi fənnlər tədris olunmayacaq . Türkiyədə diş həkimliyi ixtisasının digərlərindən fərqləndirən əsas cəhət isə, bütün fənlərin bir-birinə bağlı olmasıdır, əgər siz bir fənndən kəsilirsinizsə, o zaman həmin fənni yenidən oxuyub imtahan vermirsiniz. Bir  fənndən kəsilsəniz, həmin kursu təkrar oxumalısınız.

Amma valideynlər və şagirdlər bir məsələni də nəzərə alsınlar ki, Türkiyədə diş həkimliyi üzrə təhsil almaq qərarına gəlibsinizsə, çalışın orta məktəbdə tədris olunan kimya, fizika, biologiya fənnlərini güclü oxuyasınız. Zəif olsanız universitet oxuyarkən çətinlikləriniz daha çox olacaq.

Türkiyədə diş həkimliyi ixtisasını həm ingilis dilində, həm də türk dilində ala bilərsiniz. Ümumiyyətlə isə, ingiliscə təhsil daha üstün hesab edilir. Çünki bütün beynəlxalq araşdırmalar ilk ingiliscə baş verir və daha sonra türkcəyə bir müddət sonra tərcümə olunur əgər siz ingiliscə təhsil alsanız bu elmi nəaliyyətlərdən tez xəbərdar olarsınız, digər bir məsələ internetdə ixtisasınız üzrə araşdırma aparsanız ingilis dilində N sayda məlumat var, başqa üstün cəhəti isə yeni çıxan kitablar, dərs vəsaitləri bütün dünyada ingiliscə çap olunur, başqa bir üstün cəhəti isə siz ingiliscə təhsilinizi başa vursanız həm digər ölkələrdə rahat təhsilinizi davam etdirə bilərsiniz həmçinin işləyə bilərsiniz. Bəs gəlin görək türk dilində təhsil alsanız hansı ölkələrə çıxışınız olacaq? cavab sadədir ancaq Özbəkistan, Türkmənistan və Azərbaycan kimi olan türk dilli ölkələrlə məhdudlaşırsınız  . İngilis diliniz olsa isə Amerikadan tutmuş Afrikaya kimi hər yer sizin üzünüzə açıqdır.

İnanıramki sizin də diqqətini çəkən əsas ingilis dilində təhsil verən universitetlər oldu, ona görə də ancaq ingiliscə diş həkimliyi harda təhsil ala bilərsiniz o universitetlərin adını açıqlayaq.

Maraqlı bir nəticəni sizə qeyd edim ki, Türkiyədə tibb sahəsində tanınmış universitetlərdən olan Ankara, Hacettepe, İstanbul (Cerrahpaşa) kimi universitetlər tibb sahəsində təhsili ingiliscədir. Bu universitetlərdə diş həkimliyi ixtisası türkcə tədris olunur. Əgər tibb ixtisasını ingiliscə oxumaq istəyirsinizsə gedin yox əgər diş həkimliyi ixtisasını ingiliscə oxuyacaqsınızsa və dövlət universiteti düşünürsünüzsə tək şansınız İzmir Katip Çelebi Universitetidir. Burda təhsil haqq 3500 TL yəni 1000 dollardır. Qəbul üçün SAT və ya YÖS, dil sertifikatı isə TOEFL tələb olunur (unutmayın, Türkiyədə İELTS, adətən, qəbul olunmur). Əgər dil sertifikatınız və dil biliyiniz yoxdursa, siz universitetin nəzdində 1 illik dil hazırlığı keçirsiniz və bu zaman təhsiliniz 5 il deyil 6 il davam edir. Yox əgər, dil bilirsiniz, lakin TOEFL sertifikatınız yoxdursa, sizə şans verirlər ki, universitetdaxili dil imtahanına girəsiniz, Bu imtahanı keçdiyiniz halda birinci kursdan oxumağa başlaya bilərsiniz.

Özəl universitetlərdə ingilis dilində diş həkimliyi: Medipol, Okan, Yeditepe kimi cəmi 3 universitetdə mövcuddur. Bu universitetlərə qəbul üçün yenə SAT və Toefl lazımdır. Özəl universitetlər YÖS imtahanı ilə qəbul aparmır. Əgər SAT balınız varsa, dil sertifikatı olaraq sizdən Toefl tələb olunur. Özəl universitetlərdə illik təhsilhaqqı 15 min dollar civarındadır.