Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-21 12:40:00
DİM Rəssamlıq Akademiyasında qabiliyyət imtahanlarında çəkilmiş işlərin foto rəsmlərini və qiymətləndirmə meyarlarını təqdim edir

DİM xüsusi qabiliyyət tələb edən təsviri sənət istiqamətli ixtisaslara tələbə qəbulu ilə bağlı Rəssamlıq Akademiyasında qabiliyyət imtahanlarında çəkilmiş işlərin foto rəsmlərini və qiymətləndirmə meyarlarını təqdim edir.

AzEdu.az xəbər verir ki, qabiliyyət imtahanları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə keçirilib.

2018/2019-cu tədris ili üçün xüsusi qabiliyyət tələb edən təsviri sənət istiqamətli ixtisaslara tələbə qəbulu ilə bağlı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qabiliyyət imtahanları keçirilib.

Qabiliyyət imtahanları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə keçirilib.

Qeyd edək ki, hər bir ixtisas üzrə abituriyentlər 3 fəndən qabiliyyət imtahanı verib. 

Dövlət İmtahan Mərkəzi qabiliyyət imtahanlarında çəkilmiş işlər (heykəltəraşlıq ixtisası üzrə yapılmış heykəllər) haqqında təsəvvür yaratmaq məqsədi ilə 10 ballıq şkalada qiymət yazılmış həmin işlərin foto rəsmlərini təqdim edir. Qiymətlər haqqında təsəvvür yaradılması üçün qiymətləndirmə meyarları da göstərilib.