Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 14:07:31
Bakı Mühəndislik Universitetinə qəbul olanların qeydiyyatı üçün lazımı sənədlər-SİYAHI

 

AzEdu.az Bakı Mühəndislik Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədləri təqdim edir: 

Universitetə qəbul  olunmuş  hər bir abituriyent  16  – 28 avqust  tarixlərində  (şənbə, bazar və bayram günləri istisna olmaqla hər gün  saat 9:30-dan 17:00-dək) aşağıda qeyd olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

 -Tam orta təhsil haqqında sənəd (attestat) və ya diplom (əsli və surəti);

- Şəxsiyyət  vəsiqəsi (əsli və surəti 3 nüsxə);

-6 ədəd rəngli  fotoşəkil (3x4);

- Çagırış məntəqəsinə  təhkim olunma haqqında sənəd (əsli və surəti 2 nüxsə);

-Sağlamlıq haqqında arayış  (forma 086);

- Tərcümeyi-hal  (Universitetdə yazılacaq);

-  İş nömrəsi və şifri;

- Məcburi köçkünlərin köçkünlük vəsiqəsinin notarial təsdiqli surəti və əsli;

- Azərbaycanın suverənliyi uğrunda şəhid və əlil olmuş şəxslərin övladları üçün bu barədə sənədlərin notarial təsdiqli surəti və əsli;

 - Ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər  I kursun təhsil haqqını tam ödəməlidirlər.