Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 16:09:00
Lənkəran  Dövlət Universitetində  koronovirusla bağlı tədbir keçirilib

 

Lənkəran Dövlət Universitetində (LDU) koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində   maarifləndirici tədbir keçirilib. Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə birgə keçirilən tədbirdə xəstəliyin  profilaktikası,  ondan qorunma yolları, müalicəsi ilə bağlı tələbə və müəllimlərə  ətraflı məlumat verilib.

 Rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin  müdiri Zəfər Fərzəliyev bildirib ki, Çindən dünyaya yayılan koronovirus xəstəliyi yüksək sürətlə əhatəsini genişləndirməkdə davam edir.Bu  xəstəliyə yoluxanların və ölənlərin sayının  getdikcə artması, koronovirusun Azərbaycanın qonşu dövləti olan İranda aşkarlanması və bu virusdan ölənlərin olması səbəbindən Azərbaycanda  hamı- bütün cəmiyyət təhlükənin aradan qaldırılması məqsədilə səfərbər olmalı,qabaqlayıcı tədbirlərlə infeksiyanın qarşısı alınmalıdır.İnfeksionist həkim xəstəlikdən qorunmağın yolları ilə bağlı lazımi  nəzəri məlumatları çatdırdıqdan  sonra şöbənin tibb bacıları bunu tələbələrə əyani şəkildə nümayiş etdiriblər.

 Tədbir Respublika Səhiyyə Nazirliyinin  maarifləndirici  məqsədlə hazırladığı videoçarxın nümayişi ilə başa çatıb.