Aİİ-dən AzEdu.az-a bildirilib ki, sərgidə institutda tədris olunan ixtisaslar, ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, tələbələr üçün yaradılan təhsil imkanları, təqaüd proqramları haqqında məlumat veriləcək.

Sərginin təhsil müəssisələri üçün ayrılmış görüş otaqlarında abituriyent, valideyn və müəllimlər üçün Azərbaycan İlahiyyat İnstitutunun təqdimatı da təşkil olunacaq.

Xatırladaq ki, sərginin keçirilməsində əsas məqsəd abituriyentlərin təhsil ocaqları ilə tanış olmasına, arzuladıqları ixtisasa uyğun ali məktəb seçməsinə dəstək olmaq, gənclərin ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyətdə olmasına, onları maraqlandıran suallara cavab tapmasına imkan yaratmaqdır.