Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 10:12:00
Azərbaycanda müəllimə 5 min manat mükafat verildi

Naxçıvan Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Zahid Qənbərov mükafatlandırılıb.

 AzEdu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

 Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən təhsil və ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə Zahid Paşa oğlu Qənbərova muxtar respublikanın Ali Məclis sədrinin mükafatı (beş min manat) verilib.