Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-21 15:00:00
Tələbələr yanvar-fevral təqaüdlərini alıblarmı?-Universitetlərlə sorğu

 

Fevral ayının 17-dən etibarən universitetlərdə yeni tədris ili başlayıb.  Ali təhsil müəssisələrində bu ayın təqaüdlərinin verilməsi məsələsində isə müxtəliflik yaranır: Bəzi universitetlər artıq təqaüdləri verdiyi halda, digərləri isə bunu mart ayında köçürəcəyini  düşünür.

AzEdu.az universitetlərin mətbuat xidmətləri arasında fevral ayının təqaüdlərinin verilib-verilməməsi barəsində sorğu keçirib:

 Bakı Dövlət Universitetindən verilən məlumata görə yanvar ayının təqaüdləri verildiyi halda, fevral ayı hələ köçürülməyib.

Buna səbəb isə imtahan prosesinin tam şəkildə yekunlaşmamasıdır.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova qeyd edib ki, yanvar ayının təqaüdləri artıq ödənilib.  Tələbələr təqaüdləri fevralın 18-də alıblar. Bu ayın təqaüdləri isə mart ayında veriləcək.

Azərbaycan Dövlət Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova vurğulayıb ki,  yanvar ayının təqaüdləri verilib. Fevral ayının təqaüdləri isə vaxtında veriləcək.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları