Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 21:50:00
Qəbul imtahanlarında  600-dən yüksək bal toplayan abituriyentlərin sayı AÇIQLANDI

Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7.097 abituriyent 500-dən, o cümlədən 2.472 abituriyent 600-dən yuxarı bal toplayıb.

AzEdu.az xəbər verir ki, 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə isə onların 27,75 faizi (686 nəfər) I qrupun, 19,78 faizi (489 nəfəri) II qrupun, 29,98 faizi (741 nəfəri) III qrupun, 22,49 faizi (556 nəfəri) IV qrupun abituriyentləridir.

Yüksək bal toplayanlar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt və Mingəçevir şəhərlərinin, Ordubad, Oğuz və Şuşa, Qəbələ, Şahbuz və İsmayıllı rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər yüz gəncin 13-15-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arası bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olunub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Ötən il qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 10,02 faizini təşkil edib.