Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 13:02:03
Özəl ali məktəblərə qəbul olanların göstəriciləri aşağıdır - DİM

“Abituriyentlərin imtahan fənlərinə cavablarının təhlili göstərir ki, özəl ali təhsil müəssisələrinə qəbul olanların göstəriciləri dövlət ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən aşağıdır”. 

AzEdu.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında bildirilir ki, belə nəticə göstərənlər sonradan birinci kursun tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər. 

Ona görə də özəl ali təhsil müəssisələri birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və həmin proqramları tədrisin intensivləşdirilməsi hesabına həyata keçirməlidirlər.(apa.az)