Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 13:19:00
"Artıq "professor" termini öz əsl mahiyyətini çoxdan itirib”-Ekspertin etirazı 

"Artıq "professor" termini öz əsl mahiyyətini çoxdan itirib”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev şəxsi facebook səhifəsində yazıb.

O, sözlərində qeyd edib ki, elmi adlar əvvəlki mahiyyətini itirir.

“Professor" termini öz əsl mahiyyətini çoxdan itirib. Bir vaxtlar bu nadir rütbə idi.İndi Amerika ali məktəblərində bu titulu  lazım gələndə istifadə edirlər.Hazırda orta məktəbdə  nəyi gəldi tədris edən "professor" hesab olunur.

Kütləvi təhsil kimi kütləvi professorlaşma da dəbə düşüb.Bizdə "professor"luq əlavə yekəxanalıq, lovğalıq  gətirir. Bu da "professor" anlayışının məzmununun itirilməsinə gətirib çıxarır.

Tom Nikols qeyd edir ki, internet meydana gəldikdən sonra kitabdan kütləvi şəkildə üz döndərilməyə başlandı. Bunun da tədqiqatlara mənfi təsiri oldu”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları