Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 11:33:00
Bu qədər şagird buraxılış imtahanlarında iştirak etməyib - SƏBƏB

 

 2007-ci ildə 1-ci sinfə daxil olan 118.290 şagirdin təxminən 8.1%-i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

2018-ci ildə 11-ci sinfi bitirən şagirdlər 2007-ci ildə 1-ci sinfə daxil olublar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2007-ci ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 118290 nəfər olub. 2016-cı ildə 9- cu sinfi bitirən şagirdlərin sayı 108734 nəfər idi. Həmin ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı isə faktiki olaraq 104.729 nəfər olub və 4005 şagird buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etməyib.

Bu o deməkdir ki, 2007-ci ildə 1-ci sinfə daxil olan 118.290 şagirdin təxminən 8.1%-i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları