Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-23 12:57:00
Elmi konfrans: İslam fəlsəfəsində Nəsimi fenomeni  

AMEA-nın Fəlsəfə İnstitutunun və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Akademiyadan AzEdu.az-a bildirilib ki, konfransı institutun direktoru, professor İlham Məmmədzadə açaraq Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi ilə ədibin yaradıcılığının şərqşünaslar, dilçilər və tarixçilər tərəfindən bir daha geniş təhlil olunduğunu diqqətə çatdırıb. Nəsiminin mütəfəkkir filosof-şair olduğunu deyən İ.Məmmədzadə qeyd edib ki, bəzi tədqiqatçılar onu böyük filosof adlandırsa da, bu, Nəsimi dövrü və yaradıcılığının bütün fəlsəfi kontekstini açıb göstərmək üçün kifayət deyil.

İnstitutun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə çıxış edərək “Nəsimi ili” çərçivəsində dahi mütəfəkkirin yaradıcılığının fərqli bucaqlardan müxtəlif məzmunda təhlil olunduğunu vurğulayıb.

Konfransda “İmadəddin Nəsimi şeirlərində insan və kainatın fəlsəfi mənası”, “Nəsimi yaradıcılığı XX əsr mühacirət ədəbiyyatşünaslığında”, “Şeyx Sənan ismi Nəsimi yaradıcılığında”, “Hürufilikdə dinlərin vəhdəti və kamil insana baxış” və “Hürufilik İslamın özünəməxsus ezoterik fəlsəfi təlimi kimi” mövzularında məruzələr dinlənilib.