Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 11:12:00
Azərbaycan Universitetinin tələbələri “Periferik genişlənmə” sərgisi ilə tanış olublar

Azərbaycan Universitetinin tələbələri “Periferik genişlənmə” sərgisi ilə tanış olublar

Azərbaycan Universitetinin bir qrup tələbəsi YARAT Müasir İncəsənət Mərkəzinin “Artım” Layihə Məkanında ekskursiyada olublar. Burada “Periferik genişlənmə” sərgisi ilə tanış olan tələbələr məkan bələdçisinin sərgi ilə bağlı mühazirəsinin ardından 4 qrupa bölünərək yaradıcı tapşırıq icra ediblər.

Onlar qısa müddət ərzində urbanizasiya, qida israfı, dinli konflikt və korrupsiya kimi problemlərin yaratdığı çətinliklər və həll yolları haqqında təqdimat hazırlayıblar. Yaradıcı tapşırıqların mövzuları təsadüfi seçim əsasında müəyyənləşdirilib.

“Periferik genişlənmə” – həyatın ən az diqqət yetirilən, laqeyd yanaşılan və “yuxarıdan aşağı baxılan” aspektlərinə işıq salan silsilə əsərlər vasitəsilə, əsas və periferik dixotomiya (haçalanma) paradoksunu araşdıran rəssamlar qrupunu bir araya gətirir. Qrup sərgisi rəssamlar Aydan İsmayılova, Cavid Qurbanov, Emin Mathers, Luçiana Ohira və Serсio Bonilha, Səbinə Əliyeva, Tural Rəhmanlı, Vüsal Rzasoy və “Calembour”, “Kekalove”, “22” kollektivlərinin əsərlərindən ibarətdir.