Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 21:11:00
Mingəçevirdə gənc müəllimlərlə görüş

Noyabrın 15-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətində gənc müəllimlərlə görüş keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə təhsil sahəsində aparılan islahatlardan və əldə edilən nəticələrdən danışıb. Nazir müavini müəllimlərin bilik və bacarıqlarının artırılması, təhsildə baş verən yeniliklərin mənimsənilməsi, şagirdlərlə qarşılıqlı ünsiyyətin uğurlu formalaşması məsələlərinə də toxunub.

F.Qurbanov müəllimlərin peşə fəaliyyətinin artırılması məqsədilə İKT, dil bacarıqlarının inkişaf etdirilməsi və onların tədris prosesində tətbiqinin zəruriliyini vurğulayıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.