Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 14:22:00
Füzulinin “Ərəb divanı” Sankt-Peterburqda yerləşən kitabxanadan tapılıb

“Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlərimiz, əlyazmalarımız talanaraq digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin “Ərəb divanı” uzun 10 illiklər ərzində mütəxxəssilər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı”.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ölkəyə gələn işğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: "Xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olunmalı, dünya kitabxanalarında mövcud olan əlyazmalarımızı ölkəmizə gətirməliyik”. 

(Report.az)