XƏBƏRLƏR

21.10.2019 12:15
UNEC-in rektoru tələbə və əməkdaşların müraciətlərini dinləyib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitet əməkdaşları və tələbələrlə görüşüb.

UNEC-dən AzEdu.az-a bildirilib ki, müraciətlər əsasən yenidən imtahanların təşkili, təqaüd, qaib limitinin aşılması, diplom işləri, akademik borclarla bağlı olub.

Rektor müraciətləri dinlədikdən sonra onların araşdırılması və həlli istiqamətində struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.

Universitet əməkdaşları və tələbələrlə qəbul günü hər həftənin cümə axşamında tədris binaları üzrə aparılır. Hər ayın ilk şənbə günü isə UNEC-də “Açıq qapı” günləri keçirilir.

UNEC-də təkliflərin dinlənilməsi, şikayətlərin operativ araşdırılması və rektorun qəbuluna qeydiyyata düşmək üçün “Qaynar xətt” xidməti fəaliyyət göstərir. “Qaynar xətt” həftəiçi hər gün saat 9-dan 18-dək fəaliyyət göstərir.

İlin gənc müəllimi-Müraciət formu