Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 17:12:00
600-dən yüksək bal toplayan 42 tələbə BMU-nu seçib  

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600-dən yüksək bal toplayan 42 tələbə Bakı Mühəndislik Universitetini (BMU) seçib.

AzEdu.az  xəbər verir ki, onların 34 nəfəri Mühəndislik fakültəsinə, 5 nəfəri İqtisadiyyat və idarəetmə fakültəsinə, 3 nəfəri isə Pedaqoji fakültəyə qəbul olub. BMU-da yüksək ballı tələbələrin ən çox müraciət etdiyi ixtisas isə Kompüter mühəndisliyidir. Belə ki, Mühəndislik fakültəsini seçən 34 nəfər 600-dən yuxarı bal toplayan tələbədən 16-sı Kompüter mühəndisliyi ixtisasının payına düşür.

Bundan başqa, bu il qəbul imtahanlarında pedaqoji ixtisaslar üzrə ən yüksək bal toplayan Zəhra Quliyeva 666 balla BMU-nun Riyaziyyat və inforamatika müəllimliyi ixtisasına qəbul olub.

Ümumilikdə, bu il ən yüksək bal toplayanların BMU-ya qəbul sayında da ciddi irəliləyiş qeydə alınıb.

Qeyd edək ki, 600-dən yüksək bal toplayan 42 tələbə haqqında aşağıdakı linkə daxil olmaqla daha ətraflı məlumat almaq mümkündür.