Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 17:28:05
Gənclər Fondu İnşaat Universitetin  10 tələbəsinin təhsil xərclərini ödəyəcək

Azərbaycan Respublikasının Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə keçirdiyi növbəti müsabiqənin nəticələrini elan edib. Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 10 tələbəsinin təhsil xərcləri Gənclər Fondu tərəfindən ödəniləcək.

AzMİU-dan AzEdu.az-a bildirilib ki, Memarlıq fakültəsinin tələbələri Elməddin Qasımzadə, Xəyalə Salamova, Nuranə Babazadə, Fatimə Babayeva, Lalə Məmmədli, Tikinti-iqtisad fakültəsinin tələbələri Fariz Sultanlı, Fidan Əzizova, Kənan Qulamov, Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri Miramil Nuriyev və Fatimə Məmmədovanın təhsil xərclərinin Gənclər Fondu tərəfindən ödənilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə 2018-ci ildə keçirilmiş müsabiqə nəticəsində 237, builki müsabiqə nəticəsində isə 425 gəncin təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınıb. Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.